Ruanda polisi paytaxt Kiqalidə 10-dan çox qadını qətlə yetirən və cəsədlərini evinin mətbəxində basdıran qatilin həbs edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı Denis Kazunqunun evində tapılan cəsədlərin əksəriyyəti qadın və fahişələrə aid olub.
Kazunqu əməliyyatda polisə müqavimət göstərib. Polisin məlumatına görə qurbanlar əsasən fahişələrdən ibarət oub. Onları aldadaraq öz evinə dəvət edib, telefonlarını və əşyalarını oğurlayıb, sonra isə onları boğaraq öldürüb və kirayədə qaldığı evin mətbəxində qazılmış çuxurda basdırıb.
Polis istintaqın davam etdiyini bildirib.
Daha əvvəl soyğunçuluq və zorlama kimi ittihamlarla saxlanılan şübhəlinin dəlil olmadığı üçün sərbəst buraxıldığı öyrənilib.
Aygün
Manşet.az