Erməni jurnalistlər həbs edildi - Zaxarovadan REAKSİYA

20:27 - 07 Sentyabr 2023

Erməni jurnalistlər həbs edildi - Zaxarovadan REAKSİYA

Rusiyayönümlü bloger Mika Badalyan və "Sputnik Armenia" radiosunun şərhçisi Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar.

 

Manset.az xəbər verir ki, hazırda saxlanılan şəxslərin İstintaq Komitəsində olduğu bildirilir.

Saxlanılmanın səbəbi barədə məlumat verilmir.

 Badalyanın “İrəvanda və onun hüdudlarından kənarda terror aktları hazırlanır” haqqında yalan məlumat yaydığına görə həbs edildiyi, daha sonra zaminə buraxıldığı qeyd olunur.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda rusiyayönümlü jurnalistlərin saxlanılmasına münasibət bildirib. O, teleqram kanalında Badalyan və Gevorkyanın saxlanılmasını İrəvanda Erməni-Rusiya media forumun keçirilməsinə qarşı təxribat adlandırıb.

"Yatıb iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatı. Qərb isə buna çoxlu pul yatırıb", - deyə Zaxarova yazıb.

Rusiya XİN sözçüsü onu da qeyd edib ki, o, ümumbəşəri azadlıq şüarları ilə hakimiyyətə gələn Ermənistan rəhbərliyinin “jurnalistlərin təqibinə sanksiya qoyacağına və məlumatların yayılmasının qarşısını alacağına” inanmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az