Amerikalılar Baydenin yaşından narahatdır

11:48 - 08 Sentyabr 2023

Amerikalılar Baydenin yaşından narahatdır

CNN-in ABŞ-da keçirdiyi yeni sorğusunda ictimaiyyətin təxminən dörddə üçü prezident Co Baydenin yaşı ilə əlaqədar vəzifələrini yerinə yetirmək üçün hazırkı fiziki və əqli qabiliyyətlərindən narahat olduğunu bildirib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ictimaiyyət Baydenin yaşı, vəzifədəki fəaliyyəti və ölkənin hazırkı durumu ilə bağlı mənfi fikirlər səsləndirib.

Respondentlərin 73 faizi Baydenin yaşının onun hazırkı fiziki və əqli qabiliyyət səviyyəsinə təsir etdiyini düşünüb.

Sorğuda iştirak edənlərin 60 faizi Baydenin yenidən seçiləcəyi təqdirdə bir müddət prezidentlik edə biləcəyindən ciddi narahat olduğunu bildirib. Çünki yenidən seçilərsə Bayden 2025-ci ildə 82 yaşı tamam olacaq.

Bayden haqqında şəxsi təsəvvürlərə gəlincə, respondentlərin 58 faizi onun haqqında mənfi təəssüratını ifadə edib. Yalnız 33 faizi onu prezident kimi görməkdən qürur duyduğunu deyib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az