İrana casusluq və terrorçuluq ittihamı ilə həbs edilən Daniel Abid Xəlifə Londondakı “HMP Wandsworth” həbsxanasından qaçıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın xeyrinə casusluq edən 21 yaşlı gənc aşbaz forması geyinərək həbsxanadan qaçmağı bacarıb.
Qeyd edək ki, Daniel 2019-cu ildə Britaniya ordusuna daxil olmuş, daha sonra isə hərbi məlumatları İrana ötürdüyü üçün elə həmin ilin yanvarında həbs edilmişdi.
Aygün
Manşet.az