Şimali Koreya lideri Kim Çen In ilk operativ taktiki nüvə hücumu sualtı qayıqını işə salıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kim Çen In böyük mərasimlə təqdim etdiyi nüvə silahı daşıya bilən sualtı qayığın Şimali Koreyanın ABŞ və onun Asiyadakı müttəfiqlərinə qarşı nüvə enerjili donanma qurmaq səyləri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Şimali Koreyanın dövlət mediası tərəfindən yayımlanan fotolarda Kim Çen In nəhəng sualtı qayığın yanında zabitlərin əhatəsində görünür.
BBC-nin məlumatına görə buraxılan sualtı qayığın işlək olub-olmaması və nüvə silahı daşıya bilən raketlərin uğurla buraxılıb-buraxılmaması məlum deyil.
Aygün
Manşet.az