Elon Mask Elon Maskdan 1 milyard dollar borc alıb

18:01 - 08 Sentyabr 2023

Elon Mask Elon Maskdan 1 milyard dollar borc alıb

Elon Mask 2022-ci ilin oktyabrında Twitter-i almaq üçün 44 milyard dollar ödəyib.

 

 

Manset.az xasrici mediaya istinadən xəbər verir ki, Bu barədə “The Wall Street Journal” xəbər yayıb.

Bildirilib ki, Elon Mask raket istehsalçısı SpaceX-dən məhz həmin vaxt 1 milyard dollar borc alıb.

Maskın öz şirkətlərindən birindən aldığı 1 milyard dolların Twitter alışı üçün istifadə edildiyi deyilmir, lakin iki fəaliyyət arasında əlaqənin olması ehtimalı güclüdür. Tesla CEO-nun və SpaceX qurucusunun sərvəti 200 milyard dollar qiymətləndirilir. Lakin təbii ki, bu pul onun “cibində” deyil. Pulun böyük hissəsi müxtəlif aktivlərdə, xüsusən də Tesla səhmlərində yığılıb. Mask Twitter-i almaqdan vaz keçmək istəsə də, sonradan investorların dəstəyi ilə bu alışı reallaşdırıb.

“Wall Street Journal”ın məlumatına görə Mask SpaceX-ə olan 1 milyard dollar borcunu faizi ilə birlikdə növbəti ay ödəyib. Xəbərə görə, Mask növbəti ay Tesla-nın 4 milyard dollarlıq səhmlərini satıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az