Ermənistan və BƏƏ viza rejimini ləğv etdi

18:55 - 08 Sentyabr 2023

Ermənistan və BƏƏ viza rejimini ləğv etdi

 Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri viza rejimini ləğv edib.

 

Manset.az xəbər verir ki, bu barədə nazir Ararat Mirzoyanın BƏƏ-yə səfərinin nəticələrini təqdim edən "X" sosial şəbəkəsindəki mikrobloqunda xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Ararat Mirzoyanın BƏƏ-yə rəsmi səfəri hər iki ölkənin vətəndaşları üçün viza rejiminin ləğvi haqqında sazişin imzalanması ilə əlamətdar olub”, – Kostanyan yazıb.

Qeyd edək ki, xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 7-də BƏƏ-yə rəsmi səfərə gedib. O, artıq əmirlik həmkarı Abdullah bin Zayed Əl Nəhyan, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Federal Məclisin sədri Saqr Qobaşi ilə görüşlər keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az