Dünyada milyonlarla insan orqan transplantasiyası üçün növbə gözləyir. Bu insanların böyük əksəriyyətinin böyrək transplantasiyasına ehtiyacı var. Həyat qurtaran orqan transplantasiyasına olan bu tələbatı ödəmək üçün elm adamları heyvanlarda orqan və toxumaların yetişdirilməsinin yeni yollarını axtarırlar.
Manset.az Science Newsa istinadən xəbər verir ki, alimlər donuz embrionlarının içərisində əsasən insan hüceyrələrindən ibarət böyrəkləri uğurla yetişdiriblər.
Tədqiqatçılar bu işin transplantasiya gözləyənlər üçün uyğun insan orqanlarının inkişafına kömək edə biləcəyini düşünürlər.
Jalə
Manşet.az