Qarabağdakı separatçıların yeni lideri “seçildi”

14:10 - 09 Sentyabr 2023

Qarabağdakı separatçıların yeni lideri “seçildi”

Xankəndidəki qanunsuz rejim bu gün qondarma parlamentdə “prezident seçkiləri” keçirib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə Samvel Şahramanyan separatçı rejimin “prezidenti” seçilib. 

Bildirilir ki, qapalı səsvermə zamanı 22 nəfər onun namizədliyinin lehinə, 1 nəfər əleyhinə səs verib.

Xatırladaq ki, qanunsuz rejimin “rəhbər”i Arayik Arutyunyan avqustun 31-i istefa verib. Bu zaman, “dövlət naziri” Qurqen Nersisyan da vəzifəsindən kənarlaşdırılmışdı və onu bu “vəzifə”də Samvel Şahramanyan əvəz etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az