İllər öncə “Pis yedili” serialında “Alice” obrazına həyat verən aktrisa Ecem Karavus ailəsi tərəfindən psixoloji və maddi baxımdan şiddət gördüyünü açıqlayıb.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bunun artıq 50 gündür davam etdiyini deyib:
"Ailə daxilində psixoloji və maddi baxımdan şiddətin çox pis nümunəsi ilə qarşı-qarşıyayam. 50 gündür şəxsi əşyalarımı və fiziki qüsurları olan pişiklərimi tapa bilmirəm".
