Baş nazirin təyyarəsi xarab oldu - G20 sammiti üçün gəldiyi Hindistanda qaldı  

11:10 - 11 Sentyabr 2023

Baş nazirin təyyarəsi xarab oldu - G20 sammiti üçün gəldiyi Hindistanda qaldı  

Hindistanda keçirilən 18-ci G20 Sammitindən sonra ölkəsinə qayıtmaq üçün hava limanına gedən Kanadanın baş naziri Castin Trüdo təyyarəsindəki texniki nasazlıq səbəbindən Hindistanı tərk edə bilməyib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarsi xarab olan baş nazirin və komandasının bir müddət daha Hindistanda qalacağı öyrənilib.

Kanada Baş nazirliyindən verilən açıqlamaya görə bu problemlər bir gecədə həll oluna bilməz. Baş nazir və nümayəndə heyəti alternativ tədbirlər görülənə qədər Hindistanda qalacaq.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az