“Qarabağ Azərbaycanın bir hissəsidir” - İran XİN

13:11 - 11 Sentyabr 2023

“Qarabağ Azərbaycanın bir hissəsidir” - İran XİN

“Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu regionun sakinlərinin hüquqları və təhlükəsizliyi spesifik çərçivədə təmin edilməlidir və bu, İranın rəsmi mövqeyidir: “İran hər zaman ölkələrin ərazi bütövlüyünə hörmətin zəruriliyini vurğulayıb və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az