Putin Ukrayna ərazisində qalib gəldi

14:12 - 11 Sentyabr 2023

Putin Ukrayna ərazisində qalib gəldi

Rusiyada və işğalı altındakı Krım, Donetsk, Luqansk, Zaporojya və Xerson da daxil olmaqla 80 bölgədə ötən cümə günü başlayan yerli seçkilər başa çatıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin yaratdığı Vahid Rusiya Partiyası qeyri-rəsmi nəticələrə görə, əksər bölgələrdə, o cümlədən işğal olunmuş ərazilərdə seçkiləri böyük fərqlə qabaqlayıb.

Moskva merinin və Moskva qubernatorunun da seçildiyi seçkilərdə Rusiya parlamentinin aşağı palatası Dumada ölüm və istefalar səbəbindən boş qalan 4 yerə də seçkilər keçirilib. Moskva meriyasının qalibi Putinə ən yaxın adlardan biri olan Sergey Sobyanin olub.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın işğal etdiyi bölgələrdə və Krımda keçirilən seçkilərin hüquqi qüvvəyə malik olmadığı bildirilib və ukraynalılardan seçkiləri boykot etməsi tələb edilib.

ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqton Rusiyanın Ukrayna ərazisinin heç bir hissəsinə qarşı iddialarını qətiyyən qəbul etmir. Bəyanatda Rusiyanın bu bölgələrdə təşkil etdiyi seçkilərin legitim olmadığı qeyd edilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az