Konsertə getmək istəyən gənclər eyni anda öldü

14:24 - 11 Sentyabr 2023

Konsertə getmək istəyən gənclər eyni anda öldü

İspaniyanın şərqindəki Barselona şəhəri yaxınlığında konsertə getmək üçün relsləri keçən 7 nəfərdən 4-ü şəhərətrafı qatarın vurması nəticəsində dünyasını dəyişib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 20:18-də baş verən qatar qəzası piyadaların relslər üzərindən keçidinin qadağan olunduğu, döngə və görünmənin çətinləşdiyi nöqtədə olub.

Qəza nəticəsində qatarın hadisə yerində dayandığı, sərnişinlərin avtobuslarla daşındığı və şəhərətrafı qatar xəttinin müvəqqəti bağlandığı bildirilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az