14 yaşlı uşaq ona təcavüz edən müəllimin boğazını kəsdi – TƏFƏRRÜATLAR

17:35 - 11 Sentyabr 2023

14 yaşlı uşaq ona təcavüz edən müəllimin boğazını kəsdi – TƏFƏRRÜATLAR

Hindistanda 14 yaşlı oğlan ona təcavüz edən müəlliminin boğazını kəsərək öldürüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis 28 yaşlı müəllimin mütəmadi olaraq uşağa təcavüz etdiyini və hətta zorakılığı videoya çəkərək hədələdiyini bildirib.

Polis qrupları Jamia Nagardakı bir evin ikinci mərtəbəsindəki otaqdan qan gəldiyi və otağın açıq olduğu xəbərini aldıqdan sonra hadisə yerinə gəlib. Hadisə yerinə gələn polis qrupu həmin şəxsin qan içində yerdə uzandığını və boynunda dərin kəsiklər olduğunu müəyyən edib.

Polis qətlə yetirilən müəllimin homoseksual olduğunu, tələbəsinə sataşaraq bunu videoya çəkdiyini, videonu yayımlamaq üçün tələbəsini dəfələrlə hədələyib, təhqir etdiyini açıqlayıb.

Tələbə ifadəsində müəllimi tərəfindən aylarla hədələndiyini və şantaj edildiyini bildirib. Polis qətli uşağın törədib-törmədiyini öyrənmək üçün araşdırmalarını davam etdirir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az