Gürcüstan bu gündən etibarən ölkəyə səfər edən Çin vətəndaşları üçün viza rejimini ləğv edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili paytaxt Tbilisidə sədrlik etdiyi Nazirlər Şurasının iclasında Çin-Gürcüstan münasibətləri ilə bağlı açıqlama verərkən deyib.
İyul ayında Çində təmaslarının olduğunu deyən Qaribaşvili iki ölkə arasında əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini və bu qərarın Çindən daha çox turist cəlb etmək olduğunu bildirib.
Qeyd edək ki, iyulun sonunda FISU-nun 31-ci Ümumdünya Universitet Yay Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə gedən Gürcüstanın Baş naziri və Çin Xalq Respublikasının sədri Si Cinpin ilə iki ölkə arasında əlaqələrin yüksək “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini açıqlayıblar.
Aygün
Manşet.az