Aktrisadan izləyicisinə sərt reaksiya: Bu hesabdan rədd olub getməlisən

10:30 - 12 Sentyabr 2023

Aktrisadan izləyicisinə sərt reaksiya: Bu hesabdan rədd olub getməlisən

Türkiyəli məşhur aktrisa Aslıhan Gürbüz sosial şəbəkədə iti ilə foto paylaşıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Gürbüzün paylaşımına "Məncə evlənməli, iki övladı olmalıdı. Özünü it-pişiklə aldatmamalı” kimi şərh yazan izləyicisinə aktrisa sərt reaksiya verib.

İzləyicisinin şərhinə əsəbiləşən uğurlu aktrisa "Məncə, artıq ağzını bağlamalı və bu hesabdan rədd olub getməlisən. Özünü kimin yerinə qoyursansa yallah oraya” cavabını verib.

Qeyd edək ki, aktrisa bir müddət əvvəl həmkarı İsmayıl Hacıoğlu ilə yollarını ayırıb. İllər əvvəl çəkildiyi “Ufak Tefek Cinayetler” serialında Merve Aksak obrazı ilə adından söz etdirib. 

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az