Alimlər siqaretin daha bir zərərini müəyyən ediblər

12:35 - 12 Sentyabr 2023

Alimlər siqaretin daha bir zərərini müəyyən ediblər

Ürək xəstəliklərindən xərçəngə, diabetdən tənəffüs xəstəliklərinə qədər bir çox zərərli təsiri olan siqaretin yeni mənfi təsiri ortaya çıxıb.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Danimarkanın Orhus Universitetinin alimləri tərəfindən aparılan araşdırmada siqaret vərdişinin insan sağlamlığına daha bir mənfi təsiri aşkar edilib.

Elm adamları siqaretin depressiya, bipolyar şəxsiyyət pozğunluğu və şizofreniya kimi xəstəliklərin səbəbi olduğunu ortaya çıxarıblar.

Araşdırmanı aparan alim Doug Speed deyib: "Siqaret psixi sağlamlığa zərər verir. Siqaret tək səbəb olmasa da, siqaret psixi sağlamlıq problemlərinə görə xəstəxanaya düşmə riskini 250% artırır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az