7 qadınla birdən evləndi

15:50 - 12 Sentyabr 2023

7 qadınla birdən evləndi

Uqandanın Mukono bölgəsindəki bir kənddə Hacı Həbib Nsikonnene adlı iş adamı 7 qadınla evlənib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə insanın iştirak etdiyi toyda 7 arvadı ilə “nikah andı” verən bəy gələcəkdə daha çox qadınla evlənmək istədiyini bildirib.

Kənd camaatı “tarixi toy hadisəsi”nin şahidi olduqlarını bildirərək, qadınlardan ikisinin bacı olduğunu bildiriblər.

Adları Rəşidə, Aişə, Fatumə, Şanifə, Məryəm, Zeynə və Aişə kimi tanınan 7 qadın hər birinin adını daşıyan xüsusi nömrə nişanlı Super Custom mikroavtobuslarına mindirilərək konvoya aparılıb.

Dini mərasimdən sonra Nsikonnene və arvadları evə qayıtmazdan əvvəl böyük bir karvanla bir neçə şəhəri gəzib. Həyat yoldaşlarından birinin 7 ildir onunla olduğunu bildirən Nsikonnene toydakı çıxışında xanımlarına ona "sadiq qaldıqları" üçün təşəkkür edib.

Nsikonnene arvadlarının öz aralarında qısqanclıq etmədiyini bildirib.   

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az