Yunanistanda 6 türk öldürüldü

16:43 - 12 Sentyabr 2023

Yunanistanda 6 türk öldürüldü

Yunanıstanın Lutsa bölgəsində avtomobildə 5 nəfərin, yaxınlıqdakı əkin sahəsində isə 1 nəfərin meyiti tapılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yunan mediası öldürülənlərin türk olduğunu açıqlayıb.

Bildirilib ki, dünən saat 19:00 radələrində Arionos küçəsində baş verən hadisədə həyatını itirən 6 nəfərin Fransanın şəxsiyyət sənədləri də mövcud olub.

Narkotik qaçaqmalçılığında şübhəli bilinən bu şəxslərin Yunanıstan və Fransada fəaliyyət göstərdikləri də iddia edilib.

Hücum edənlərin əvvəlcə avtomobilə ön tərəfdən atəş açdıqları, daha sonra isə avtomobilin yanlarını hədəf aldıqları qeyd olunub. Yunan polisinin pusqu ehtimalına diqqət yetirdiyi, hücum edənlərin və qurbanların bir-birini tanıdığı qeyd edilib.

Yunan polisindən hadisə yerini təhlil edən mənbə, sürücünün hücumdan sağ çıxdığını və avtomobildən çıxa bildiyini, lakin sonradan ölü tapıldığını bildirib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az