Silah gəzdirilməsinə qoyulan qadağa etiraza səbəb oldu

16:58 - 12 Sentyabr 2023

Silah gəzdirilməsinə qoyulan qadağa etiraza səbəb oldu

ABŞ-da Nyu Meksiko ştatının qubernatoru Mişel Jujan Qrishamın odlu silah gəzdirmək hüququnu müvəqqəti dayandırmaq barədə fövqəladə əmrinə ölkədəki silah hüquqları müdafiəçiləri reaksiya veriblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Milli Silah Hüquqları üzvləri qadağanın ABŞ Konstitusiyasını pozduğunu əsas gətirərək məhkəməyə müraciət ediblər.

Müraciətdə qadağanın Konstitusiyada tanınan hüquqların pozulması olduğu iddia edilib.

Ştat Assambleyasının üzvləri Con Blok və Stiven Lord da qubernator Qrişamı vəzifəsindən uzaqlaşdırmağa çağırıblar.

Onlar Qrişamın cinayəti mahiyyətində həll etmək əvəzinə, qanuna tabe olan silah sahiblərinin hüquqlarını məhdudlaşdırıldığını bildirib.

Qeyd edək ki, Nyu Meksiko qubernatoru Qrişam beysbol oyununda atışmada 11 yaşlı uşağın ölümündən sonra sentyabrın 8-də açıq və ya gizli şəkildə silahların ictimai yerlərdə gəzdirilməsini qadağan etdiyini açıqlayıb. Qrisham 30 günlük müvəqqəti silah gəzdirmə qadağasına əməl etməyənlərin 5 min dollar pul cəzası ilə üzləşəcəyini qeyd edib.

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az