Sel fəlakəti ilə mübarizə aparan Liviyaya ilk yardım əlini yardım əlini Türkiyə uzatdı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, türk axtarış-xilasetmə qrupları və əsas xilasetmə ləvazimatlarını daşıyan təyyarə Liviyaya çatıb.
Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, qasırğa fəlakəti səbəbilə beynəlxalq yardım çağırışı edən dost və qardaş ölkə Liviyaya ilk yardım əlini Türkiyə uzadıb. AFAD-ın axtarış-xilasetmə qrupları və Hərbi Hava Qüvvələrinə aid təyyarələrlə yardım materialları Liviyaya çatdırılıb.
Qeyd edək ki, Liviyanın Derne şəhərində leysan yağışlar nəticəsində 3 mindən çox insan həyatını itirib, 10 min nəfər isə itkin düşüb.
Aygün
Manşet.az