ABŞ-dan Türkiyə açıqlaması

18:34 - 12 Sentyabr 2023

ABŞ-dan Türkiyə açıqlaması

Hindistanda keçirilən G20 sammitində ABŞ prezidenti Co Baydenlə söhbət etdiyini bildirən Türkiyə prezidenti Ərdoğanın “F-16 məsələsini İsveçlə bağlamaq düzgün deyil” sözlərinə ABŞ cavab verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını İsveçin NATO-ya üzvlüyü ilə bağlı görmədiyini bildirib.

Beləki, Baydenlə qısa görüşdən sonra Ərdoğan bunları demişdi:

"Baydenlə ayaqüstü də olsa görüşümüz oldu. Təəssüf ki, F-16 məsələsində dostlarımız məsələni götürüb ancaq İsveç deyirlər. Bu yanaşma bizi kədərləndirir. Bircə cavabım var, hər şeyə qurultay deyirsiz. Mənim də qurultayım var. Türkiyə Böyük Millət Məclisində belə bir qərar verilmədiyi müddətdə heç nə deyə bilmərəm. Öz başıma qərar verəcək vəziyyətdə deyiləm. Parlamentimin verəcəyi qərarı gözləməliyəm”

Ərdoğanın diqqətçəkən açıqlamasından sonra ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Türkiyədə F-16 satışı ilə bağlı açıqlama verib. Açıqlamasında bildirib ki, Türkiyəyə F-16 satışı və İsveçin hərbi ittifaqda iştirakı bir-biri ilə əlaqəli olduğuna inanmırıq.

ABŞ sözçüsü, "Ancaq əvvəl dediyimiz kimi, F-16-ların satışı, əlbəttə ki, ABŞ Konqresinin təsdiq etməli olduğu bir məsələdir və bu iki məsələnin bir-biri ilə sıx bağlı olduğuna inanan Konqres üzvləri var" deyib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az