Zəlzələ bölgəsindəki daha 2 qəzalı bina partlayıcı ilə dağıdıldı

18:55 - 12 Sentyabr 2023

Zəlzələ bölgəsindəki daha 2 qəzalı bina partlayıcı ilə dağıdıldı

Türkiyədə zəlzələ bölgəsində qəzalı binaların sökülməsi davam edir.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, Yeşilyurt rayonunun Bostanbaşı məhəlləsində zəlzələlərdə böyük ziyan görən 2 ədəd 12 mərtəbəli binanın dağıdılmasında partlayıcıdan istifadə edilib.

Mütəxəssis qruplar tərəfindən təhlükəsizlik tədbirlərinin alındığı binalar 300 kiloqram partlayıcı ilə qısa müddətdə nəzarətli şəkildə sökülüb.

Digər tərəfdən dağılan binalardakı mənzillərin sahibləri olan bəzi vətəndaşlar da söküntü işlərini izləyib.

Qeyd edək ki, dağıntı zamanı vətəndaşlar göz yaşlarını saxlaya bilməyiblər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az