ABŞ-ın Luiziana ştatında məktəbə basqın zamanı bir şagird həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-da Helena Kolleci və Karyera Akademiyasında atışma baş verib.
Hücumda daha 2 nəfər yaralanıb. Polis rəsmiləri məktəbin şagirdi olan hücumçunun saxlanıldığını açıqlayıb.
ABŞ-dakı son məlumatlara görə, 2023-cü ildə ölkədə 11 mindən çox silahlı hücumda 25 mindən çox insan həyatını itirib.
Aygün
Manşet.az