Yanğın baş verən binada 30 nəfər öldü

17:57 - 13 Sentyabr 2023

Yanğın baş verən binada 30 nəfər öldü

Vyetnamın paytaxtı Hanoyda 150 nəfərin yaşadığı 9 mərtəbəli yaşayış binasında baş verən yanğında 30 nəfər həyatını itirib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, aralarında azyaşlıların olduğu faciə yerli vaxtla saat 23:00 radələrində baş verib.

Beləki alov bütün binanı əhatə edib. Bölgəyə 15 yanğınsöndürmə maşını, təcili yardım və polis qrupları sövq edilib. Binanın yerləşdiyi küçə dar olduğundan yanğınsöndürənlər yanğına yaxından müdaxilə edə bilməyib və yalnız 3 saatdan sonra söndürülüb.

70 nəfər isə xilas edilib. Xilas edilənlərdən 54-ü yanıq və tənəffüs yolları xəstəlikləri səbəbindən xəstəxanaya yerləşdirilib.

 Polis axtarış-xilasetmə işlərinin davam etdiyini və hadisə ilə bağlı araşdırma apardığını bildirib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az