Bu ölkə Talibana etimadnamə təqdim etdi

11:19 - 14 Sentyabr 2023

Bu ölkə Talibana etimadnamə təqdim etdi

Əfqanıstanda ilk dəfə olaraq bir ölkənin səfiri Taliban administrasiyasına etimadnamə təqdim edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Kabildəki yeni səfiri Cao Şinq Taliban müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axunda etimad məktubu təqdim etdiyini bildirib.

Cao mərasim zamanı Çinin Əfqanıstanın daxili işlərinə qarışmaq niyyətinin olmadığını vurğulayıb.

Səfir Əfqanıstanın müstəqilliyinə, ərazi bütövlüyünə və qərarlarına hörmətlə yanaşdığını dilə gətirib. Qeyd edək ki, Çinin yeni səfir təyin etməsi Taliban hökumətinin rəsmi tanınması istiqamətində mühüm addımdır. Yanvarın 5-də Taliban müvəqqəti hökuməti ilə Çin şirkəti (CAPEIC) arasında ölkənin şimalında Amu çayı ətrafında kəşfiyyat və neft hasilatı ilə bağlı saziş imzalanıb. Müqaviləyə əsasən, Cüzcan, Faryab və Sar-i Pul əyalətlərində ümumi 4500 kvadrat kilometr sahədə neft kəşfiyyatı aparılacaq. Çin şirkətinin ilk ildə 150 ​​milyon dollar, ilk 3 ildə isə cəmi 540 milyon dollar sərmayə qoyacağı gözlənilir.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az