Türkiyə XİN-dən Avropa Parlamentinə sərt reaksiya

12:27 - 14 Sentyabr 2023

Türkiyə XİN-dən Avropa Parlamentinə sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Türkiyənin Aİ-yə üzvlük prosesinin “mövcud şərtlər altında” yenidən başlana bilməyəcəyini bildirən hesabatına sərt reaksiya verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada hesabatdakı yanaşmanın irrasional olduğu bildirilib.

Nazirlikdən verilən açıqlamada bildirib ki, Türkiyə-Aİ əlaqələrinin canlandırılması üçün fürsət pəncərəsinin açıldığı belə bir kritik dövrdə Avropa Parlamentinin üzvlük danışıqları yerinə fərqli axtarışları gündəmə gətirməsini ağılsızlıq hesab edirik.

Türkiyə XİN-dən Hesabatda bu ifadələrə yer verildi:

"Avropa Parlamentinin (AP) tövsiyə qərarı olan 2022 Türkiyə Hesabatı 13 sentyabr 2023-cü ildə AP Baş Assambleyasında qəbul edildi. Türkiyə əleyhdarı çevrələrin dezinformasiyası əsasında ədalətsiz ittihamlar və qərəzlərlə dolu bu sənəd Avropa Parlamentinin həm ölkəmizlə münasibətlərə, həm də Aİ-nin gələcəyinə adi dayaz və uzaqgörən yanaşmasının təzahürüdür. Təəssüf ki, bu hesabat həm də Avropa Parlamentinin üzvlərinin gündəlik populist siyasətin əsiri olduqlarını və həm Aİ, həm də regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir”.

Qeyd edək ki, Avropa Parlamentinin (AP) hazırladığı 2022-ci il Türkiyə Hesabatı AP Baş Assambleyasında keçirilən səsvermədə 18 əleyhinə 434 səslə qəbul edilib.

Aygün

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az