Avropa Parlamentinin Lukaşenko qərarı: Putinlə bərabər məsuliyyət daşıyacaq

12:57 - 14 Sentyabr 2023

Avropa Parlamentinin Lukaşenko qərarı: Putinlə bərabər məsuliyyət daşıyacaq

Rusiya-Ukrayna müharibəsinə görə Kreml rəhbərliyinə qarşı sərt tədbirlər görən Avropa Parlamenti (AP) bu dəfə Rusiyanın strateji tərəfdaşı olan Belarus üçün addım atıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamenti Belarusdakı Aleksandr Lukaşenko rejimini Ukrayna xalqına qarşı zülmə görə qınadığını və Lukaşenkonu Rusiyanın şəriki olan tərəf kimi qəbul etdiyini bildirib.

Həmçinin, Avropa Parlamentindən olan deputatlar Beynəlxalq Cinayət Məhkəməsini Lukaşenkonun həbsinə order verməyə çağırıblar.

Parlament üzvləri Lukaşenkonun Rusiya lideri Vladimir Putin kimi məsuliyyət daşımalı olduğunu və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Belarusa qarşı tətbiqinə çağırıblar.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az