Belçikada 20 yaşlı tələbə 5 gün əvvəl bişirdiyi makaronu yenidən qızdırıb yedikdən sonra ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənc makaron yedikdən sonra dostları ilə idman etmək üçün çölə çıxıb və geri qayıtdıqdan sonra şiddətli baş və mədə ağrıları, həmçinin ishal və qusma kimi hallar yaşayıb. Lakin 20 yaşlı gənc həkimə getmək əvəzinə yatmağa gedib.
Ertəsi gün dərsə getməyən tələbə ailəsi tərəfindən yatağında ölü tapılıb. Yarılma nəticəsində məlum olub ki, gənc tələbə yemək yedikdən təxminən 10 saat sonra ölüb. Yarılma zamanı məlum olub ki, tələbə qaraciyər nekrozu və kəskin pankreatitdən dünyasını dəyişib.
Aygün
Manşet.az