Talibanla bağlı paylaşımına görə istefa verdi  

16:10 - 14 Sentyabr 2023

Talibanla bağlı paylaşımına görə istefa verdi  

İngiltərə Parlamentinin Müdafiə Komitəsinin sədri Tobias Ellvud X sosial media hesabında paylaşdığı videoda Əfqanıstanla bağlı yazdığı şərhlərdən sonra tənqidlərə məruz qalaraq vəzifəsindən istefa verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tobias Ellvud komitəyə mümkün etimadsızlıq səsverməsi ilə üzləşib və istefaya məcbur edilməzdən əvvəl vəzifəsini tərk edib.

Ellvud bildirib ki, müharibədən yorulmuş Əfqanıstan indi sabitlik müqabilində daha avtoritar rəhbərliyi qəbul edib.

Həmçinin, Tobias Ellvud Britaniyanı Taliban hökuməti ilə əlaqələri bərpa etməyə və Kabildə Britaniya səfirliyini yenidən açmağa çağırıb.

Ellvud Əfqanıstanda təhlükəsizliyin xeyli artdığını, korrupsiyanın azaldığını və tiryək ticarətinin sona çatdığını iddia edib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az