Türkiyənin Dənizli şəhərində bir şəxs birlikdə yaşadığı əcnəbi sevgilisinin əllərini yapışqanla, ayaqlarını isə plastik qandallarla bağlayıb, siçovul zəhəri verdikdən sonra onu boğub, sonra isə cəsədini ədyala büküb əl arabası ilə tarlaya atıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra tutulub və cinayəti etiraf edib. Şübhəli ona kömək edən dostu ilə birlikdə mühakimə olunub. Lakin nəzarətə götürülərkən törətdiyi cinayəti etiraf edən şəxs məhkəmədə sevgilisinin intihar etdiyini, ilk ifadəsini təzyiq altında verdiyini və təşviş içində meyiti atdığını iddia edib.
Meyitin daşınmasına kömək edən azyaşlı (16) isə şübhəlinin onu dəmir daşımaq bəhanəsi ilə aldatdığını, mühafizəçilərin onları yolda saxladığını və əl arabasında material daşıdıqlarını dedikdən sonra yola davam etdiklərini bildirib. Azyaşlı daşıdığının cəsəd olduğunu bilmədiyini deyib.
Prokurorluq mahiyyəti üzrə rəyində bildirib ki, təqsirləndirilən şəxs gənc qadını öldürmək məqsədi ilə onun yeməyinə siçovul zəhəri qatıb və ona ağırlaşdırılmış ömürlük həbs cəzası verilməsini istəyib.
Məhkəmə şübhəlilərin həbs qətimkan tədbirinin davam etdirilməsi və gözlənilən məruzələr çərçivəsində iclasın təxirə salınması barədə qərar qəbul edib.
Aygün
Manşet.az