"Ukrayna ilə bağlı Rusiyanın maraqlarını nəzərə alan təkliflərə baxmağa hazırıq" - Lavrov

17:59 - 14 Sentyabr 2023

\"Ukrayna ilə bağlı Rusiyanın maraqlarını nəzərə alan təkliflərə baxmağa hazırıq\" - Lavrov

Moskva Ukrayna ilə bağlı Rusiya Federasiyasının maraqlarını nəzərə alan təkliflərə baxmağa hazırdır.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün myanmalı həmkarı ilə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

O, ölkəsinin Ukrayna ilə bağlı Rusiya Federasiyasının maraqlarını nəzərə alan təkliflərə baxmağa hazır olduğunu açıqlayıb.

Rusiya XİN başçısı xatırladıb ki, qlobal cənubun bir neçə ölkəsi artıq Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiyaya təşəbbüslərini göndərib.

"Biz bu təkliflərə necə yanaşırıq? Bu barədə dəfələrlə danışılıb. Biz yerdəki reallıqları və Rusiya Federasiyasının əsas və qanuni maraqlarını nəzərə alacaq hər bir təklifə baxmağa hazırıq", deyə Lavrov vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az