Sosial mediada “Reynmen” ləqəbi ilə tanınan türkiyəli məşhur reper Yusuf Aktaş qatıldığı Gökhan Çınarın aparıcılıq etdiyi Katarsis proqramda şəxsi həyatı ilə bağlı verilən sualları cavablandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Reynmen Çınarın "Üzün parlayır, sevgi sənə yaxşı təsir edib” şərhindən utanıb.
“Miss Türkiyə 2017” finalçısı Emire Cansu Kurtaranla eşq yaşayan reper sevgilisi ilə eyni proqramda olduğu üçün həyəcanlandığını bildirib:
“Sevgi məni böyüdüb yetkinləşdirdi, sevgi mənə həyata məna verən bir hiss idi".
Aparıcının evlənib ata olmağı xəyal edirsən sualına cavab olaraq bu yaxınlarda belə bir fikrə düşdüyünü bildirib.
Qeyd edək ki, Reynmenin sevgilisi Emire Cansu Kurtaran sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkir.
Aygün
Manşet.az