Misirin Sinay yarımadasındakı turistik Deheb şəhərindəki çimərlikdə turist qadın köpək balığının hücumuna məruz qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Misir qurumlarından verilən açıqlamaya görə hücuma məruz qalan qadın bir qolunu itirib və vəziyyəti stabildir.
Hadisədən sonra çimərlik köpəkbalığı təhlükəsi səbəbindən bağlanıb.
Vəziyyəti qiymətləndirmək, köpəkbalığının hücumunun səbəblərini müəyyənləşdirmək və sahildə köpək balığını axtarmaq üçün təcili komissiya yaradılıb.
İyunun 8-də Misirin Qırmızı dəniz sahilindəki Hurqada şəhəri sahillərində rusiyalı turist köpəkbalığının hücumuna məruz qalaraq dünyasını dəyişib.
Aygün
Manşet.az