Venesuelanın Falcon əyalətində məcburi eniş edən kiçik təyyarədə aparılan axtarışlar zamanı 455 kiloqram kokain tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin hava müdaxiləsi protokolları FANB Aerokosmik Müdafiə Komandanlığının göstərişlərinə uyğun olaraq yerinə yetirilib.
İki Braziliya vətəndaşı olan pilotun nəzarətə alındığı və istintaqın davam etdiyi bildirilib.
Qeyd olunub ki, kiçik təyyarələr narkotik vasitələrin çatdırılmasında ən çox istifadə edilən üsullar sırasındadır.
Aygün
Manşet.az