ABŞ-ın Rusiyaya “persona non-qrata” reaksiyası

15:21 - 15 Sentyabr 2023

ABŞ-ın Rusiyaya “persona non-qrata” reaksiyası

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiyanın iki ABŞ diplomatını “persona non-qrata” elan etməsi qərarının “səbəbsiz və ədalətsiz” olduğunu bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Miller bunu gündəlik mətbuat konfransında çıxış edərkən deyib. ABŞ sözçüsü Rusiyanın dialoq və konstruktiv diplomatik əlaqə yerinə yenidən münaqişəni seçdiyini qeyd edib. 

ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın öz vətəndaşları ilə yanaşı, ölkədəki ABŞ diplomatik heyətini də “təqib etməyə” davam etdiyini iddia edib. O, Rusiyanın bu addımından təəssüfləndiyini ifadə edib. Miller bu çərçivədə lazımi addımları atdıqlarını və Rusiyanın ABŞ-dakı səfirini Xarici İşlər Nazirliyinə çağıracaqlarını bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı iki ABŞ diplomatının "diplomatik statuslarına uyğun olmayan hərəkətlər" səbəbi ilə "persona non-qrata" elan edildiyini açıqlayıb. ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Xarici İşlər Nazirliyinə çağırılıb. ABŞ səfirliyinin birinci katibi Ceffri Sillin və ikinci katib Devid Bernşteynin hərəkətlərinin onların diplomatik statusları ilə uyğun gəlmədiyinə dair nota verilib. Sillin və Bernşteyn 7 gün ərzində “persona non qrata” kimi Rusiya ərazisini tərk etməli olub.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az