Mərakeş kralının zəlzələ qurbanları üçün edəcəyi ianənin məbləği açıqlandı

16:45 - 15 Sentyabr 2023

Mərakeş kralının zəlzələ qurbanları üçün edəcəyi ianənin məbləği açıqlandı

Mərakeş kralı VI Məhəmməd və Mərakeş Mərkəzi Bankı sentyabrın 8-də Mərakeşdə baş verən 7 bal gücündə zəlzələnin qurbanları üçün 2 milyard dirhəm (təxminən 200 milyon dollar) ianə etmək qərarına gəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Mərakeş kral ailəsinə aid "Al Mada" qrupunun yazılı açıqlama verib.

Digər tərəfdən, bir çox ictimai qurum və özəl təşkilat zəlzələ qurbanları üçün açılan bank hesabına ianə edib.

Qeyd edək ki, 3 min insanın ölümünə səbəb olan zəlzələ təkcə Mərakeşi deyil, paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərinə dağıdıcı təsir edib.  

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az