Çin müdafiə naziri Li Şanqfu tutduğu postdan kənarlaşdırılıb və barəsində tədqiqat başlanılıb.
Manset.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Nəşrin yazdığına əsasən, Li Şanqfu sonuncu dəfə avqustun 29-da ictimaiyyət qarşısında görünüb.
İki həftədir ictimaiyyət qarşısına çıxmayan Çinin müdafiə nazirinin hansı səbəbdən vəfəfədən kənarlaşdırıldığı məlum deyil.