“WhatsApp”da reklam etmək olacaq? - Meta-dan rəsmi açıqlama

17:30 - 15 Sentyabr 2023

“WhatsApp”da reklam etmək olacaq? - Meta-dan rəsmi açıqlama

"WhatsApp” illərdir istifadəçilərinə proqramı reklamsız təqdim edir.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu yaxınlarda "Meta”nın gəlirləri artırmaq üçün "WhatsApp”da reklamlar göstərə biləcəyi iddia edilib.

İddia olunurdu ki, "Meta” "WhatsApp” tətbiqindən reklamsız istifadə etmək üçün abunə haqqının tutulması məsələsini müzakirə edir. Mesajlaşma tətbiqinin "WhatsApp” statuslarında reklam göstərmək istədiyi də bildirilib.

"WhatsApp”ın yüksək səviyyəli meneceri xəbərlə bağlı açıqlama verərək, tətbiqin gəlirlərini artırmaq üçün reklamları araşdırdığını bildirib. Məlum olub ki, "Meta” makroiqtisadi qeyri-müəyyənlik dövründə reklam gəlirlərini artırmaq niyyətindədir.

Lakin şirkət daxilindəki bir çox rəhbər işçilər bu fikrə qarşı çıxır və düşünürlər ki, "WhatsApp”a reklamlar gələrsə, istifadəçilər proqramdan imtina edəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az