Misirdə 150 illik kiçik həcmli Qurani-Kərim nüsxəsi tapılıb
Manset.az xəbər verir ki, Misirin El Minufiye vilayətində yaşayan Abde Mesud ulu babalarından miras qalan 150 illik, 2 sm ölçülü, kiçik həcmli Qurani-Kərimi kiçik və köhnə qutuda saxlayır.
Osmanlı İmperiyasının mətbəələrində çap olunan Mushaf-ı Şerif nazik və çox kiçik kağızlara mümkün qədər kiçik hərflərlə yazılıb.
Məsud Qurana olan sevgisindən və qətiyyətindən ötəri böyüdücü şüşənin köməyi ilə oxuyur.
Jalə
Manşet.az