Türkiyə Suriyanın şimalına əlavə hərbi qüvvələr göndərdi

18:25 - 16 Sentyabr 2023

Türkiyə Suriyanın şimalına əlavə hərbi qüvvələr göndərdi

Türkiyə hərbçiləri Suriyanın şimalında müxalif qüvvələrlə “Cəbhət ən-Nusra” təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib.

 

Manset.az xəbər verir ki, “Asharq Al-Awsat” qəzeti “Cəbhət ən-Nusra” silahlılarının ələ keçirməyə çalışdığı Kfar Cinna bölgəsinə Türkiyənin zirehli texnikası və əlavə hərbi qüvvələrinin göndərildiyini yazıb.

Döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir.

Terrorçuların bu əraziyə nəzarəti bərqərar etməsi təhlükəsi “Əhrar əş-Şam” qruplaşmasının parçalanmasından, onun hissələrinin bir qismi “Cəbhət ən-Nusra”ya, digərləri də Ankaranın dəstəklədiyi Azad Suriya Ordusuna qoşulduqdan sonra yaranıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az