Avstriya prezidenti təyyarə ilə bağlı problemlərə görə Nyu-Yorka uça bilməyib

20:02 - 16 Sentyabr 2023

Avstriya prezidenti təyyarə ilə bağlı problemlərə görə Nyu-Yorka uça bilməyib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen “Avstriya Hava Yolları”na məxsus təyyarədə yaranan texniki nasazlıq səbəbindən BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka uça bilməyib.

 

Manset.az xəbər verir ki, bu barədə “Krone” məlumat yayıb.

Hava gəmisində texniki nasazlıq yaranıb və onun yerinə digər təyyarə tapılmayıb. Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar da Van der Bellenlə eyni təyyarədə uçmalı idi.

Nəşrin məlumatına görə, prezident Nyu-Yorka “bir qədər gecikmə ilə” gedəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az