Kanada 6 İran rəsmisinə sanksiya tətbiq etdi

20:35 - 16 Sentyabr 2023

Kanada 6 İran rəsmisinə sanksiya tətbiq etdi

Dünən Kanadanın xarici işlər naziri Melani Coli insan haqlarının pozulmasına görə İranın hakimiyyət orqanlarına və altı rəsmisinə qarşı yeni sanksiyalar tətbiq edildiyini açıqlayıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Kanada XİN-nin bəyanatında deyilir: 
“Bu yeni sanksiyalarla İran xalqının siyasi repressiyalarında, insan haqları və əsas azadlıqlarının pozulmasında əli olan şəxslər hədəfə alınıb”.

Məlumata görə, Kanada hökuməti İranın Ali Mədəni İnqilab Şurasının üzvləri Həsən Rəhimpur Əzğədi və Əbdülhüseyn Xosrovpənaha, İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəliyə, mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmailiyə, o cümlədən SEPAH-ın Quru Qoşunları Bazasının komandiri Məhəmməd Məsrur və parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədri Müctəba Zünnuriyə qarşı sanksiya tətbiq edilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az