Fransada daşqın təhlükəsi ilə bağlı “qırmızı” səviyyə elan edildi

23:20 - 16 Sentyabr 2023

Fransada daşqın təhlükəsi ilə bağlı “qırmızı” səviyyə elan edildi

Fransanın cənubunda Ero departamentində gözlənilən leysan yağışları səbəbindən yaranacaq daşqın təhlükəsi ilə əlaqədar “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Fransanın “Meteo-Fransa” meteoroloji xidməti məlumat yayıb.

Meteoroloji xidmətin dərc etdiyi infoqrafik xəritəyə əsasən, Ero departamentində “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib.

Şimaldakı daha iki qonşu departamentə mümkün daşqın səbəbindən “narıncı”, şərqdə isə üç departamentdə sadəcə şiddətli tufan olacağı ilə bağlı “sarı” xəbərdarlıq səviyyəsi verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az