Rusiyada yük maşınını qaçıran şəxs qəza törətdi, dörd turist öldü

23:58 - 16 Sentyabr 2023

Rusiyada yük maşınını qaçıran şəxs qəza törətdi, dörd turist öldü

Rusiyanın Murmansk vilayətində yük maşını ağır qəza törədib.

 

Manset.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Yanacaqdoldurma məntəqəsində oğurladığı yük maşınını qaçıran şəxs qarşı yola çıxıb.

Nəticədə turistlərin olduğu “Mercedes” mikroavtobusu ilə toqquşan avtomobil dörd nəfərin ölümünə səbəb olub.

Sürücü və 3 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

"Toqquşmaya səbəb olan ağır yük avtomobilinin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Hazırda o, tibbi müayinəyə göndərilir", - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az