Zelenski ABŞ Konqresində çıxış edəcək

23:23 - 17 Sentyabr 2023

Zelenski ABŞ Konqresində çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə CNN Konqres aparatının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenskinin 2022-ci ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır.

Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Zelenskinin Vaşinqtona səfəri zamanı Konqres nümayəndələri ilə görüşəcəyini bildirsə də, görüşün hansı formatda keçiriləcəyini açıqlamamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az