Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş Nyu-Yorkda fəaliyyət göstərən "Türk Evi"ndə baş tutub.
Məlumata görə, görüş zamanı Ərdoğan İlon Maskı “Tesla” şirkətinin 7-ci zavodunu Türkiyədə yaratması üçün çağırış edib.
Bununla yanaşı, Türkiyə lideri Maskı İzmir şəhərində keçiriləcək “Teknofest”ə də dəvət edib.
Görüş ümumilikdə mətbuata qapalı keçirilib.
Milyarder Ərdoğanla görüşə oğlu ilə birlikdə gəlib.