Nigeriyanın Oqun əyalətində vəba təhlükəsi elan edilib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, Nigeriyanın Oqun əyalətinin qubernatorluğunun sağlamlıq üzrə xüsusi müşaviri Tomi Koker İjebu bölgəsində 4 nəfərin vəbadan ölməsindən sonra, əyalət hökumətinin bütün ştatda həyəcan təbili çaldığını açıqlayıb.
Bölgədə çox sayda insanın xəstəxanaya yerləşdirildiyini bildirən Coker, insanlardan yağışlı dövrlərdə istehlak etdiklərinin təmizliyinə diqqət etmələrini istəyib.
Coker hökumətin epidemiyaya qarşı tədbir gördüyünü və bölgəyə xüsusi sağlamlıq qrupunun göndərildiyini qeyd edib.
Qeyd edək ki, qida və su ilə yoluxan vəba ishala və orqanizmdə susuzluğa səbəb olur.
Jalə
Manşet.az