Fransa səfiri Rusiya XİN-ə çağırıldı

19:26 - 18 Sentyabr 2023

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Ona Yeni Delhidə keçirilən G20 sammitində Fransa Prezidenti Emmanuel Makron tərəfindən mətbuat konfransına girişi kobud şəkildə qadağan edilmiş iki rusiyalı jurnalistə qarşı Fransa hakimiyyəti nümayəndələrinin ayrı-seçkilik və açıq şəkildə rusofob hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib.

XİN-dən bildirilib ki, Rusiya tərəfi Parisin mətbuat azadlığının fundamental prinsipini açıq-aşkar pozan və onun nümayəndələrinin öz işini görməsinə mane olan qeyri-dost əməllərinə prinsipial qiymət verib.

"Bununla bağlı Fransa səfirinin simasında ölkə hakimiyyətinə etiraz edən KİV-ə qarşı təzyiq və ayrı-seçkilik hərəkətlərini dayandırmaq tələbi ilə müraciət edilib”, - xarici siyasət idarəsinin bəyanatında deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az